Müğənni Günel Zeynalova yaradıcılığında yenilik edib. SİA-nın məlumatına görə, sənətçi iki fərqli geyimdə fotosessiya etdirib.

Günel bildirib ki, fotosessiyası yeni mahnısı və klipi üçün edib. Müğənninin stili üzərində Elnur Həsənov çalışıb.

Zeynalova "Dəyməyin kefimə" adlı mahnısına çəkilən ekran işini yaxın günlərdə təqdim edəcəyini vurğulayıb.

Qeyd edək ki, "Dəyməyin kefimə" adlı mahnının sözləri və musiqisi ifaçının özünə, aranjemanı Elvin İmanova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə