Tünzalə Ağayeva: "Xalq artisti" adını qürurla daşıyacağam" AÇIQLAMA

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı alması ilə bağlı fikirlərini dilə gətirib. SİA-ya açıqlama verən sənətçi bu sözləri deyib: "Prezident İlham Əliyev tərəfindən fəxri ada layiq görüldüyüm üçün çox sevincliyəm. Mənə verilən dəyərə və etimada görə Dövlət Başçımıza təşəkkür edirəm. "Xalq artisti" adını hər zaman qürurla daşıyacağam.

2006-cı ildə "Əməkdar artist" adına layiq görüldüyüm də sevinc göz yaşları tökmüşdüm. Yenidən həmin hissləri yaşamaq mənə nəsib oldu. Əlamətdar günlə bağlı olaraq, məni minlərlə insan təbrik edir. Buna görə hər kəsə təşəkkür edirəm. Yaxşı ki, varsınız.

Mənimlə yanaşı "Xalq artisti" adına layiq görülən həmkarlarımı da təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə