Xatirə küsülü olduğu Elnarə ilə bir arada VİDEO

Müğənni Xatirə İslam bir müddət öncə qalmaqal yaşadığı Əməkdar artist Elnarə Abdullayeva ilə bir araya gəlib. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə Elnarə ilə videosunu yayımlayıb. Kadrlarda türk mahnısı ifa edən müğənni xanəndənin yanında əyləşib. O, isə Xatirəni dinləyir.

Qeyd edək ki, tərəflər arasında qalmaqal E.Abdullayevanın “Oğluma müğənni qız almaram” sözlərindən sonra başlamışdı. X.İslam ona cavabında “Müğənnilik çətin sənətdir. İnsan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, “Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin”.

Bütün xəbərlər Facebook səhifəmizdə