Xalq artisti Aygün Kazımova küsülü olduğu həmkarına addım atıb. SİA-nın məlumatına görə, ifaçı onunla eyni fəxri ada layiq görülən həmkarları Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifi təbrik edib: "Azərbaycanın Xalq artisti şərəfli adına layiq görülməsi münasibətilə başda əziz qardaşım Miri Yusif olmaqla, istedadlı həmkarlarımın hər birini ürəkdən təbrik edirəm".

Qeyd edək ki, A.Kazımova Tünzalə Ağayeva və Röya Ayxanla küsülüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə