Fəxri ad alan Röya: "Bu ad mənim deyil, sizindir" AÇIQLAMA

Müğənni Röya Ayxan “Xalq artisti” fəxri adını alması ilə bağlı fikirlərini dilə gətirib. SİA-ya açıqlama verən sənətçi bu sözləri deyib: "Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən, mahnılarım ilə ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçımıza, eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Ailəmi sevindirdiklərinə görə bir daha minnətdaram. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın!”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...