Mətanət İsgəndərli konsert verib FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Əməkdar artist Mətanət İsgəndərlinin Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş solo konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirin aparıcısı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin tarixindən və xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən ətraflı məlumat verib.

Sonra Əməkdar artist Mətanət İsgəndərli səhnəyə çıxaraq xalqımızı bayram münasibəti ilə təbrik edib və canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...