Aşıq Əli Zaurla dalaşıb, efiri tərk etdi VİDEO

“Ay Zaur” verilişinin budəfəki qonağı Aşıq Əli olub. SİA-nın məlumatına görə, proqram zamanı Zaur Kamal ona Əməkdar artist Elnarə Abdullayeva ilə danışmaması barədə sual ünvanlayıb.

Zaur efir zamanı E.Abdullayeva ilə telefon əlaqəsi yaradıb. İfaçı bu sözləri deyib: "Mən heç kimdən küsməmişəm. Əli uşaqdır, mən hara, o hara? Qələt edir məndən inciyir. Bir az tez tərpənsəydim, Əli boyda uşağım var idi. Ayıb deyil?”

Onun bu sözləri Aşıq Əlini özündən çıxarıb. O, “Zaur, uzatma. Elnarə, mən uşaq deyiləm, böyüyəm. Sən özünü çox yekə aparma. Zaur, get o Elnarə, o da sən” deyə, əsəbiləşərək studiyanı tərk edib.

Əli “Xəzər” TV-nin binasında Z.Kamalla mübahisə etməyə başlayıb. Verilişin davamı bir gün sonra çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...