“Altın kelebek”də məşhurlarımızın səsverməsi başladı FOTO

“Altın kelebek” mükafatlarının builki namizədlərinin siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, artıq rəsmi olaraq mükafat uğrunda səsvermə başladılıb.

Məşhurlarımız yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə yarışacaqlar.

Siyahıda aktrisa Kəmalə Piriyevanın yerinə müğənni Gülay Zeynallı yer alıb.

Digər doqquz namizəd isə aşağıdakılardır:

Əməkdar artist Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva.

Qeyd edək ki, mükafatlandırma gecəsi ilə bağlı tədbir noyabrın 16-da keçiriləcək. Tədbirin siması, “Hercai” serialının aktrisası Ebru Şahin də həmin tarixdə Bakıya gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...