Müğənni Ramal İsrafilov "Maşın" şounu tərk edib. SİA-nın məlumatına görə, o, bu barədə "İnstagram" səhifəsində məlumat yayıb. İfaçı paylaşım edərək mübarizəni yarımçıq saxladığını bildirib: "Bu günə qədər mənə dəstək olan, sms göndərən, dua edən hər bir insana öz təşəkkürümü bildirirəm. Halal edin. Allah razı olsun".

Qeyd edək ki, "Maşın" tarixində ilk dəfə olaraq finala iki qadın iştirakçı qalıb. Finalda aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlu mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə