“Maşın” şounun finalı davam edir. SİA-nın məlumatına görə, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalistlər müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.

Ramal şounun gedişi zamanı Sunadan əlini çəkərsə, özünün də çəkəcəyini, maşının Laləyə qalmasının tərəfdarı olduğunu deyib. “İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun” deyə, Ramal bildirib.

Aparıcı isə bununla razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına “Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir” sözləri ilə etiraz edib.

Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb: “Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin”.

Qeyd edək ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda “Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik” deyə, söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə