"Reyyan"ın "anası" ərə getdi FOTOLAR

Türkiyəli aktrisa Feride Çetin ilə yazıçı Murat Özer ailə qurub. SİA-nın məlumatına görə, sənətçi sosial şəbəkədə toydan olan fotoları paylaşıb. O, evlənməyə bir gündə qərar verdiklərini yazıb: "Plan qurduğumuz zaman deyil, öz axarına buraxdığımızda işlər yolunda gedir. Biz də, bir gündə evlənməyə qərar verdik. Gəlinliyim belə bir gündə hazırlanıb".

Qeyd edək ki, F.Çetin Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialında Reyyanın anası Zehra obrazını canlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə