Ötən gün “Mipcom” sərgisi baş tutub. SİA-nın məlumatına görə, dünyanın hər yerindən televiziya kanallarının qatıldığı tədbirə türk seriallarının aktyorları da yer alıb. Türkiyənin nüfuzlu ATV, “Star” TV, “Fox” TV və “Kanal D” kimi TV-lərinin seriallarında oynayan aktyorlar da “Mipcom”a qatılıb.

“Hercai” serialının ulduzları Akın Akınözü və Ebru Şahin qırmızı xalı üzərindən keçiblər.

Sosial mediada məşhurların sərgidən fotoları yayılıb. Xarici kanallara müsahibələr verən Akının ingilis dilində sərbəst danışması da diqqət cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə