Lalə Mustafayeva "Maşın" şouda qaldı

"Maşın” realiti-şousunun 18-ci buraxılışının daha bir səsverməsi baş tutub. SİA-nın məlumatına görə, iştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub. O, şəklinin atılacağını gözləmədiyini etiraf edib.

Daha sonra aparıcı xalqdan səs istəyib.

Aparıcı əvvəlcə oyunda qalacağı təqdirdə heç kimi yarışmadan çıxarmayacağını desə də, sona yaxın bu qərarından vaz keçib.

Sonda L.Mustafayeva 51,24 faiz səs toplayaraq yarışmada qalıb. O, heç kimi yarışmadan kənarlaşdırmayıb.

Qeyd edək ki, şouda oyunu müğənnilər Ramal İsrafilov, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə