Paparazzilər CeyLonu məhkəməyə verdi FOTO

"Splash" adlı fotoqraflar agentliyi dünyaca məşhur müğənni Cennifer Lopezi məhkəməyə verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ifaçının nişanlısı Aleks Rodrigezlə 2017-ci ildə əl-ələ küçədə gəzdiyi fotosunu "İnstaqram" səhifəsində yayması olub. Agentlik həmin fotonun müəllif hüquqlarının onlara aid olduğunu önə sürərək, müğənnini məhkəməyə veriblər. Onlar CeyLodan 150 min dollar tələb edir. Qeyd edək ki, daha əvvəl Gigi Hadid, Kim Kardaşyan, Ariana Qrande kimi məşhurlar da bənzər davalarla qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...