Aysun: "Qalib olsaydım, Kəmalə Piriyevanı çıxaracaqdım" VİDEO

Ötən gün səs toplaya bilmədiyi üçün "Maşın" şoudan gedən müğənni Aysun İsmayılova açıqlama verib. SİA-nın məlumatına görə, sənətçi oyun boyunca aktyor Məcid Hüseynovu çıxaracağını desə də, sonradan öz yalanının üstünü açıb: "Əsas odur ki, oyunda uduzdum, həyatda uduzmayım. Burada satqınlar, yalançılar, maskası çox olan insanlar var. Saf olduğum üçün hər dəfə onlara inanırdım. Hər kəsə təşəkkür edirəm. Burada olanların hamısı niyə belə olduğunun səbəbini bilir. Bu gün "Maşın" şouda iştirak edirdimsə, böyükdür. İnanıram ki, xalq məni sevir, bu nəticə deyil. Kimə qismətdirsə, o da maşını qazansın. Deməli, mənim üçün xeyirlisi bu imiş. Qalib olsaydım, Kəmalə Piriyevanı çıxaracaqdım".

Qeyd edək ki, Aysun 44,86 faiz səs topladığı üçün oyundan özü getməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə