Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni fotolarını paylaşıb. SİA-nın məlumatına görə, proqramla göz rəngini maviyə dəyişən sənətçinin paylaşımı müzakirəsiz ötüşməyib.

Kimisi bu göz rənginin ona yaraşmadığını, kimisi isə aktrisanı dəyişdiyini yazıb.

M.Əsədovanı “Barbi”yə bənzədənlər də tapılıb. Yazılan rəylərə isə sənətçi heç bir reaksiya verməyib.

Onun əynindəki çəhrayı rəngli libası da izləyicilərin diqqətindən yayınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə