“Saqqalı səhnəyə mən gətirmişəm”

“Səhnəyə gələndən yaxşı geyindim. Çox geyimlərimə söz atdılar. Sonra danışan insanlar özləri də belə geyindi”.

SİA-nın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov “5/5” verilişində “Səhnəyə nəyi gətirmisən” sualına cavab verərkən söyləyib.

O, fikirlərinə belə davam edib: “Saqqalı da səhnəyə mən gətirdim. Mənə söz atan insanlara qarşı səbr elədim, birtərəfli olmağı dostlarıma da məsləhət gördüm. Dedim ki, sizin haqda danışırlarsa, onlara cavab verməyin. Bir çox sənətçinin küsülü olub, bir-birini təqdim etməməyinə qarşı çıxdım. Çoxuna öyrətdim ki, bir tədbirdə oluruqsa, borcumuzdur ki, sevmədiyimiz sənətçini yüksək səviyyədə təqdim edək. Bu, məsuliyyətini mənə veriblərsə, onu yerinə yetirməliyəm. Küsülü olduğum adamlar yoxdur. Düzdür, münasibətim olmayan adamlar var. Amma haqqında pis fikirdə olduğum adam yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...