"Yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz". SİA-nın məlumatına görə, bu sözləri aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızın ünvanına deyib. O, “Kanal 7”də yayımlanan “Yemin” serialında rol alan aktrisa Yağmur Şahbazovanı tənqid edib.

Ekran işində Narin adlı azərbaycanlı obrazını canlandıran aktrisanın "Azərbaycana qayıtmaq istəmirəm" sözlərini dediyi videosuna reaksiya verən Elgiz bunları yazıb:

"Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm. Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməməkləri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır.

Bu yaxınlarda Huysuz Vircin kimi tanınan aktyor İbrahim Tatlısəsə verilişlərdən birində zarafat edirmiş kimi, dedi: "Sən özünə bu geyimin, halın ilə türk demə, de ki, azəriyəm". Bu qədər də yox... Araşdırmaq lazımdır ki, bir azərbaycanlının bu formada gündəmə gətirlimsəi səbəbləri nədən qaynaqlanır. Əslində 2 il İstanbulda yaşadığım üçün müəyyən qədər bilgilərə sahibəm. Yenə də digər səbəbləri öyrənsəm pis olmazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə