Rejissor-aktyor Kənan M.M.-in Türkiyədə çəkildiyi "Savaşçı" serialının yeni mövsüm bölümlərində yer almadığı iddia olunub.

SİA-nın məlumatına görə, ekran işində Bəxtiyar obrazını canlandıran Kənana bunla bağlı sosial şəbəkədə də yüzlərlə sual ünvanlanıb.

Aktyor isə sualları cavablandıraraq, belə bir halın olmadığını bildirib. "Soruşulanlara cavab verirəm: "Savaşçı"ya, Azərbaycan bayrağını təmsil etməyə davam" deyə, Kənan bildirib.

Qeyd edək ki, "Savaşçı" serialı Fox TV-dən yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə