Qırmızı xalçada CeyLo etirazı VİDEO

"Hustlers" filminin Torontoda baş tutan qalasına müğənni Cennifer Lopes də qatılıb.

SİA-nın məlumatına görə, gecə CeyLonun geyindiyi libasla yanaşı, ətrafdakı insanları etirazları ilə də səs-küy yaradıb.

"Striptizçi" filmində çimərlik paltarında kürk geyinib rəqs edən müğənni heyvansevərlərin etirazına səbəb olub.

İnsanlar fotoqraflara və 50 yaşlı müğənninin pərəstişkarlarına qışqırıb, əllərində "Utanmaz CeyLo", "Kürk geyinməyə son qoy!" yazılmış plakatlar tutublar. Qırmızı xalçadan geçən Cennifer isə gülümsəyərək, onlara cavab verib.

Qeyd edək ki, Lopes xəz məhsullarının fanatıdır. Dəfələrlə heyvansevərlərin tənqidi ilə rastlaşsa da, kürk geyinməkdən əl çəkməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə