17 ildir küsülü olan Xalq artistləri yan-yana -

Xalq artisti Emin Ağalarovun təşəbbüsü ilə hazırlanan yeni layihədə şou-biznes nümayəndələri bir araya gəliblər.

SİA-nın məlumatına görə, layihənin çəkilişləri ötən gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.

Maraqlı məqamlardan biri isə küsülü ifaçıların eyni səhnədə yer alması olab. Belə ki, Xalq artistləri Zülfiyyə Xanbabayeva və Faiq Ağayev çəkiliş məkanında üz-üzə gəliblər. Onların eyni səhnədən fotosu isə sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, küsülü olan Əməkdar artist Tünzalə Ağayeva ilə F.Ağayev də sözügedən layihədə yan-yana gəliblər.

Ağayevlə Xanbabayeva isə 17 ildən çoxdur ki, küsülüdürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə