Samir Bağırovun uzun fasilədən sonra FOTOSU

Uzun müddətdir gündəmdən uzaqlaşan müğənni Samir Bağırovun yeni görüntüsü yayılıb.

SİA-nın məlumatına görə, sənətçi Xalq artisti Emin Ağalarovun layihəsində yer alıb.

Samirlə yanaşı layihədə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Manana və başqaları da olacaqlar.

Samirin fotolarını isə sənət adamları öz İnstaqram səhifəsində paylaşıblar.

Qeyd edək ki, S.Bağırov uzun illərdən sonra ötən il sənətə qayıtmış, yeni mahnı təqdim etmişdi. O, bir daha musiqidən uzaqlaşmayacağını desə də, yenidən geri çəkilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə