Tünzalənin "Laçın vaxtlarımız" ifadəsi tənqid edildi FOTO

Əməkdar artist Tünzalə Ağayeva arxiv fotosunu 840 minlik "İnstagram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, şəkildə müğənni İradə İbrahimova da yer alıb.

Ağayeva fotoya "Laçın vaxtlarımız" qısa şərhini yazıb. Onun bu ifadəsini isə izləyiciləri tənqid atəşinə tutublar. Sosial şəbəkə istifadəçiləri Tünzalənin Laçın bölgəsini təhqir etdiyini yazıblar.

Müğənni isə "İnstagram" "Story"də izləyicilərinə "Laçın" sözünün mənasını izahlı lüğətin fotosunu paylaşmaqla cavab verib. O, "Öyrənməkdə eyib yoxdur, həmişə fayda var".

Bütün xəbərlər Facebook səhifəmizdə