Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən “Sehrli Bakı” layihəsi həftəsonu Fəvvarələr Meydanında tamaşaçılarla tanınmış estrada müğənnilərini yenidən bir araya gətirib. SİA-nın məlumatına görə, bu dəfə tamaşaçılar tanınmış müğənnilərdən Ceyhun Bakinskinin və digərlərinin gözəl nəğmələrini, beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edən “Səma” və “Turacı” rəqs qruplarının ifasında rəngarəng rəqs nömrələrini böyük maraqla izləyiblər.

Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...