Şəbnəm: "Toliklə gecəni baş-ayaq yatdıq"

Müğənni Şəbnəm Tovuzlu aparıcı-prodüser Tarix Əliyevin (Tolik) verilişində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi Tolikin illər öncə məclislərin birində onu qorumasından söz açıb: “2006-cı ildə skripka ifaçısı Ramin Xalq artisti Brilliant Dadaşova ilə toylara gedən vaxtlarında məni Xızıya böyük bir banketə apardı. Həmin məclisdə həmkarlarım Zamiq Hüseynov, Səidə Sultan da yer almışdı. Çox hörmətli, gözəl insanların məclisi idi. İlk dəfə Toliki orada gördüm. Arıq, balaca, sakit bir qız idim. Gecə dedilər ki, səhəri gün də məclis var, qalın.

Mən qorxdum, nə olursa olsun, evə qayıtmaq istədim. Tolik dedi ki, mən buradayam, qorxma. Ona sığındım, gecəni baş-ayaq yatdıq. Səhəri də özü məni Bakıya gətirdi. Onun fədakarlığını heç vaxt unutmaram. Bu hadisəni ərim Hacıya da danışmışam. İlk dəfədir ki, bu barədə danışıram”.

Tolik onun bu sözlərinə zarafatla cavab verib: “Sənə bir sirr açım. Sən o vaxtlar Hacını tanımırdın. Hacı məni tanıyırdı. Səni mənə tapşırmışdı ki, bu qızdan muğayat ol, mən onu 10 ildən sonra alacam”.

Bütün xəbərlər Facebook səhifəmizdə