Nigardan sevgilisinə: "Mən hər zaman səninəm" VİDEO

"Eurovision 2011" qalibi Nigar Camal ilk dəfə sevgilisi ilə bağlı etiraf edib. SİA-nın məlumatına görə, Bodrumda istirahət edən sənətçi sosial media hesabında video paylaşaraq, bu sözləri yazıb: "Bir gün özümü vurulmuş hiss etdim. Gülüşlərimin səbəbi isə onu düşünməyim idi. Sevgilim, mənə etdiklərinə və hisslərinə görə çox sağ ol. Məni dünyanın ən gözəl qadını etdin. Harada olmağımın fərqi yoxdur, mən hər zaman səninəm. Çox sağ ol ki, hər dəfə fırtınadan sonra göy qurşağım oldun".

Qeyd edək ki, Nigar Camal bir dəfə ailəli olub. Onun bu evlilikdən iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə