Mübariz Mənsimov Yalçın Rzazadə ilə görüşdü FOTOLAR

Əməliyyat üçün Türkiyəyə gedən Xalq artisti Yalçın Rzazadənin səhhəti yaxşılaşıb. SİA-nın məlumatına görə, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen Mübariz Mənsimov sənəçi ilə orada görüşüb. İş adamı onunla fotolarını yayımlayaraq, fikirlərini sosial şəbəkədə yazıb: "Uşaqlıq illərindən gördüyü, izlədikləri adamların əbədi yaşamasını istəyir insanoğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaq imişsən kimi gəlir. Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir. Dəyərli sənətkarım, Xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin. Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin! Sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. “Bakı, sabahın xeyir” mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burada ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad! Hər zaman var olun! Keçmişi olmayanın, gələcəyi olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...