Afaq yenidən əməliyyat olunur FOTO

Müğənni Afaq Aslan yenidən cərrahiyyə masasına uzanıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda özü xəbər verib. Belə ki, o, "İnstagram" səhifəsində əməliyyatdan öncəki şəklini paylaşaraq, bu sözləri yazıb: "Əməliyyata girmədən öncəki son şəklim. Qısa zaman ərzində əməliyyatdan sonrakı şəkillərimi izləyicilərim üçün yayımlayacam.

"Əməliyyata nə gərək var idi?", "Ehtiyyac yox idi" deyənlərə də əyani surətdə göstərəcəm ki, insan nə qədər çox göz önündə olursa, bir o qədər də qüsursuz görkəmə sahib olmaq arzusu ilə yaşayır.

Hər şeydə gözəllik arayan insanlar qüsursuzluğu özlərinə həyat devizi edirlər və mənim kimi özlərində qüsur axtarmağa başlayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...