Brilliantdan ərinə sevgi etirafı: "Səni sevirəm” VİDEO

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevə mahnı həsr edib. SİA-nın məlumatına görə, o, ərinə sevgisini etiraf edib: "Ədalət müəllim, bir neçə gün bundan əvvəl ad gününü qeyd edərkən, demişdim sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidə hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm”.

Qeyd edək ki, Dadaşovanın “Səni sevirəm” adlı mahnısının musiqisi Fərid Kərimliyə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə