Türkiyəli sənətçilər Demet Özdemir və Can Yaman kirayə qaldıqları evdən çıxarılır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb bir müddətdir sevgili olan cütlüyün birgə yaşadıqları ev satışa çıxarılmasıdır.

Xəbəri eşidən Demet və Can aylıq 15 min lirə kirayə ödədikləri Boğaz mənzərəli həmin evi almaq istəyiblər. Lakin qiyməti eşidəndə geri çəkiliblər.

Qeyd edək ki, aktyorlar "Erkenci kuş" serialının çəkiliş meydanında tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə