Müğənni Zamiq Hüseynov da istirahətə yollanan məşhurların sırasına qatılıb. SİA-nın məlumatına görə, sənətçi Parisə üz tutub. O, yeni fotolarını sosial media hesabında paylaşaraq, şəhər haqda təəssüratlarını bölüşüb: “Bu şəhərdə çox olmuşam, nədənsə, heç vaxt bəyənmirdim. Amma bu dəfə vuruldum. Harada oluramsa, çalışıram ki, bütün küçələri, tarixi yerləri nə qədər mümkündürsə, piyada gəzim. Çox ölkələr gəzirəm, bəyəndiklərim də, bəyənmədiklərim də var. Amma mənim üçün dünyanın ən gözəl ölkəsi Azərbaycan, ən gözəl şəhəri Bakıdır”.

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə