2019-cu ilin ən çox qazanan məşhurları kimdir?

"Forbes" jurnalının "ən çox qazanan 100 məşhur" siyahısının zirvəsində Amerika vətəndaşı Teylor Svift durub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Teylor Svift son bir ildə 185 milyon dollar qazanıb. Bu “Reputation” albomu ilə əldə etdiyi məbləğdir.

Həmçinin o dünya turundan qazandığı 226.1 milyon dollar ilə ən çox pul qazanan tur olaraq ABŞ tarixinə keçib.

2019-cu ilin ən çox qazanan ikinci məşhuru Amerika vətəndaşı top model və kosmetik şirkətinin sahibi olan Kylie Cenner olub. Onun son bir ildə 170 milyon dollar qazandığı məlum olub. Üçüncü yerdə isə 150 milyon dollar qazanmaqla Kanye Vest qərarlaşıb.

Siyahının dördüncü pilləsində 127 milyon dollarla İspaniyanın "Barselona" klubunda çıxış edən məşhur futbolçu Lionel Messidir. O həmçinin ən çox qazanan futbolçu olub. 110 milyon dollar qazanan ingilis sənətçi Edvard Kristoper isə ilk beşliyə girməyi bacarıb.

100 nəfərdən ibarət bu siyahıda 38 nəfər musiqiçi, 34 nəfər isə idmançı yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...