Rəşad dələduzların qurbanı olub FOTOLAR

Aktyor Rəşad Kəsəmənli dələduzların qurbanı olub. SİA-nın məlumatına görə, özünü Moses adı ilə qələmə verən şəxs onun fotolarından istifadə edərək əcnəbi qadınları aldadır və pulunu alır.

Bu barədə aktyorun özü məlumat verb: “Reşma adlı hindistanlı bir qız mənə yazıb ki, Moses adında biri şəkillərimdən və videolarımdan istifadə edərək, fərqli plkələrdən olan qızları aldadır və pul alır. Bu hind qızdan da 800 dollar alıb. Axır məni tapıb və “WhatsApp” yazışmalarını mənə göndərib. Deyirəm ki, burada aylıq maaşımı güclə alıram, hansısa Moses evində oturub, görüntülərimlə külli miqdarda dollar yığır. Üstəlik, anamın da şəklini göndərib ki, bu da anamdır. Anamı mən zorla elçi göndərmişdim, sən necə göndərəcəkdin?”.

R.Kəsəmənli bildirib ki, dələduzluğun sayı bununla bitməyib: “Hələ Lola adlı bir qız da Afrikadan yazıb. Moses ondan da 6 min dollar alıb. Bu gün, sabah İnterpol məni axtarsa, təəccüblənmərəm. Qarabala Mosesdəki fərasətə bax"...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...