Murad bayağı mahnı ifaçılarını "yıxıb-sürüdü"

Müğənni-bəstəkar Murad Arif bayağı mahnı ifaçılarını tənqid edib. SİA-nın məlumatına görə, sənətçi onları "yıxıb-sürüyüb": "Bəzi mahnıları eşidəndə, mənə elə gəlir ki, onun ifaçısı adi gigiyena qaydalarına riayət etmir. Bu adamdan mütəmadi olaraq tər iyi gəlir, nəfəsi də təravətsizdir. Zibili küçəyə atır, liftdə tüpürür, ictimai yerdə ucadan danışır, uşağını çırpır və s. ... Yəqin ki, əlaqələndirməm yalnışdır. Amma musiqinin üslubu həqiqətən də adam haqda təsəvvür yarada bilir. Sizə bu hisslər tanışdır?"

Bütün xəbərlər Facebook səhifəmizdə