Təranədən kövrəldici sözlər: "Ürəyim əsir, içim titrəyir" VİDEO

Prodüser Təranə Səmədova həbsdən çıxdığı gün lentə alınan videosunu sosial şəbəkədə paylaşıb. SİA-nın məlumatına görə, Təranə görüntülərə hər kəsin marağına səbəb olacaq sözlər yazıb: "Həyatımın ən xoşbəxt günlərindən biriniaylaşıram. Mayın 6-da çəkilən videodur. Sizə bir sirr açım. Həbsdə olduğum o, 6 ay 6 gün ərzində zərrə qədər nədənsə kasadlıq çəkmədim. Müəyyən dostlarım, anam və ən əsası həyatımın sahibi olan insan çiynimə ömürlük sədaqət və vəfa borcu qoydu.

Həmin müddətə qədər çıxan kimi ilk edəcəyim iş nə olacaq deyə düşünürdüm. İndi isə gözlərim yaşara-yaşara bu videonu paylaşıram. Ürəyim necə əsir, içim necə titrəyirdi. Sükana necə ehtiyatla toxunur, azadlığın dadını doya-doya çıxarmaq istəyirdim. Həmin gün çox xoşbəxt idim. Qarşıdakı müəyyən şeylərdən xəbərsiz idim, amma yenə də çox şükür edirəm.

Xoşbəxtəm, çünki güclü xanımam. Allahdan başqa heç bir qüvvə məni sarsıda, sındıra bilməz. Ey adam, yenə də sənə hər şeyə görə təşəkkür edirəm. Hətta arada vurduğun zərbələrə görə də. Onlar məni daha da güclü edir. Səndən gələn acı belə şirindir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...