Ayan: "Anam və qızım xəsarət almışıq"

Xəbər verdiyimiz kimi, əyləncə mərkəzlərinin birində helium şarının partlaması nəticəsində alışma baş verib. SİA-nın məlumatına görə, hadisə zamanı müğənni Ayan Babakişiyeva anası və qızı ilə birlikdə orada olub.

Bu haqda ifaçının özü xəbər verib: "Əyləncə mərkəzlərinin birində baş vermiş yanğın zamanı mən və ailəm orada idi. Ən yaxın rəfiqəmin özəl günü idi. Həyatımda ən dəhşətli gününü yaşadım. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Hər kəsi möcüzə xilas etdi. Günah ora gələn animatorlarda oldu. Tək balam yox, hər kəsin övladı xəsarət aldı. Artıq xəstəxanadan evə gəlmişik. Allaha çox şükür".

Bütün xəbərlər Facebook səhifəmizdə