Əməkdar artist: "Ailə qurmaq üçün namizədim yoxdur" MÜSAHİBƏ

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Yeni bəstələdiyim mahnım var. Həmin bəstənin üzərində çalışıram. Eyni zamanda bir neçə İran mahnıları var ki, kompazisiya şəklində dinləyicilərin ixtiyarına verəcəm.

- Hansısa həmkarınızla duet oxumaq fikriniz varmı?

- “Darıxmışam” mahnısını Xalq artisti Zeynəb Xanlarova ilə duet ifa edəcəyik. Zeynəb xanımla yanaşı Əməkdar artistlər Röya Ayxan və Mətanət İsgəndərli ilə birgə oxumaq istədiyim mahnılar var.

- Bir çox həmkarlarınız Azərbaycandan kənarda kliplər çəkdirirlər. Sizin də belə fikiriniz varmı?

- Mən də xarici ölkədə klip lentə aldırmağı düşünürəm. “Avropa musiqisi” adlı bəstəmə xarici ölkədə klip çəkdirəcəm. Hətta bu mahnım üçün getdiyim bəzi Avropa ölkələrindən görüntülər lentə aldırmışam. Eyni zamanda İran mahnıları da var ki, onlara da İranda klip çəkdirmək fikirindəyəm.

- Şou-biznesdə küsülü olduğunuz həmkarlarınız varmı?

- Xeyir, şou-biznesdə küsülü olduğum heç kim yoxdur. Onu da deyim ki, diqqət və hörməti sevən sənətçilərdənəm. Dəvət olunduğum məclislərdə mənə diqqət və hörmət etmirlərsə, həmin yerə getmirəm.

- Toylarda mikrafon üstündə davanız düşüb?

- El şənliklərində mikrafon üstündə mübahisə etdiyim sənətçilər olub.

- Səlim Abbasov nə vaxt evlənməyi düşünür?

- Hələki evlənməyi düşünmürəm. Çünki ailə qurmaq üçün namizədim yoxdur.

- Şou-biznesdə boşananların sayı günü-gündən artır. Bu məsələyə münasibətiniz necədir?

- Təbii ki, istəmərəm nə məşhur simalar, nə də adi insanlar boşansın. Ona görə də ailə quran zaman yaxşı düşünmək lazımdır.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə