Pərvin: "Azərbaycanlı kişilərdən başqa xarici vətəndaşla münasibət qura bilmirəm"

Aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin (Tolik) idarə etdiyi verilişdə qonaq olub. SİA-nın məlumatına görə, aktrisa proqramda sosial şəbəkədə ona ünvanlanan "Kənan Türkiyəyə gedəndə, Pərvin də getdi. Qayıtdı Bakıya, Pərvin də qayıtdı" sözlərinə cavab verib: "Rejissor Kənan M.M. ailəlidir. Mənim də gözəl münasibət də olduğum biri var. Biz Kənanla çox gözəl dostuq. Bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Eskişehirdə yaşayır, mən İstanbulda. Kənan işləyir, mən isə təhsil alıram.

Niyə bunu bir-birinə qatırsınız ? Niyə belə aqresivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə gedirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova - red.) görür. Aygün mənə zəng edib deyir ki, Pərvin, yazılanları vecinə alma".

Pərvin Kənan M.M.-lə haqqında ələ salınan "Bacı-qardaş" ifadəsindən bəhs edib: "Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?".

Aktrisa hazırda həyatında olan şəxsdən də danışıb: "Azərbaycanlı kişilərdən başqa xarici vətəndaşla münasibət qura bilmirəm. Kimi deyir türkə, kimi deyir ərəbə ərə gedəcəm. Mən də bu istək yoxdur. Həyatımda olan indiki şəxs də azərbaycanlıdır. Həyatımda yaşamadığım bir münasibət yaşayıram. Aramızda inam var. Bir-birimizə o qədər böyük güvən var ki, bizi xoşbəxt edir".

Xatırladaq ki, P.Abıyeva bir neçə gün öncə azərbaycanlı kişilərin onu qane etmədiyini demişdi: " Azərbaycanlı kişilər məni söyürlər. Çünki bilirlər ki, heç vaxt mənimlə yata bilməyəcəklər. İçlərində seksual aclıq çəkirlər. Qadınlar da heç vaxt mənim kimi gözəl ola bilməyəcəklərini bildiklərinə görə qısqanırlar. Deyirlər ki, Türkiyəyə qaçıb. Əcəb etmişəm. Azərbaycanda məni qane edən kişi olsaydı, Türkiyəyə gəlməzdim. Ac kişinin yanında nə işim var?".

Qeyd edək ki, bu gün isə aktrisa iştirak etdiyi verilişdə bu sözlərin tam əksini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə