Sevda boşanma səbəbini açıqladı VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. SİA-nın məlumatına görə, Sevda verilişlərin birində ilk dəfə əri ilə ayrılmasının səbəbini açıqlayıb: "Həyat yoldaşımla 2 ay öncə rəsmi şəkildə boşandım. Onu da deyim ki, heç kim ailə qurmur ki, boşansın. Hər kəs istəyir ki, xoşbəxt olsun. Keçmiş ərimlə mədəni şəkildə ayrıldıq.

Övladlarım və ataları istəsə, bir-biriləri ilə görüşə bilərlər. Qətiyyən qarışmaram. Uşaqlarımdan heç vaxt istifadə etmərəm. Övladlarıma bağlı anayam".

Qeyd edək ki, Sevda ilk dəfə əri ilə ayrılma xəbərini sosial şəbəkədə yazaraq, bu sözləri qeyd etmişdi: "Əgər fikirləşirsiniz ki, xoşbəxt olmaq üçün ikinci şəxsin olmağı mütləqdir, yanılırsınız! Bunun üçün özünüz yetərsiniz, ikinci şəxs isə xoşbəxtliyi bölüşmək üçündür. Subaylıq sultanlıqdır”.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə