Dünyanın ən varlı reperləri bunlardır: Jay-Z,......

“Forbes” jurnalı 2019-cu il çün dünyanın ən varlı rep ifaçılarının reytinqini çap edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, siyahıda ilk yeri Jay-Z tutub. Onun varidatı artıq 1 milyard dolları keçib.

Siyahıda ikincilik Dr.Dre-yə məxsusdur. Onun imkanı 800 milyon dollar həcmində qiymətləndirilir.

İlk üçlüyü 740 milyon dollarla Diddy (Puff Duddy) qapayır.

Jurnal 4-cü yeri 240 milyonun sahibi Kanye Uestə, 5-ci yeri isə 150 milyon dolların sahibi reper Dreykə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə