Qaraya bürünən Vüsalə: "Hər şey yaxşıdır" AÇIQLAMA-FOTO

Aparıcı Vüsalə Kərimova sosial media hesabında hər kəsin diqqətini üzərinə cəlb edən şəklini yayımlayıb. Aparıcının fotoda geyimi hər kəsi çaşdırıb.

O, qara rəngli qapalı libasa bürünüb və başını örpəklə bağlayıb.

Vüsalə "İnstagram" səhifəsində paylaşdığı şəklə üzücü sözlər yazıb: "Elə anlar olur ki, yaşadığın durumu kimsəyə izah edə bilməzsən. İzah etsən belə heç kim anlaya bilməz".

SİA məsələ ilə əlaqədar olaraq Kərimovanın özü ilə əlaqə saxlayıb. Əməkdaşımıza açıqlama verən aparıcı hər şeyin yaxşı olduğunu bildirib: "Həmin şəkli namaz vaxtı sosial şəbəkədə çəkib, paylaşmışam. Allaha şükürlər olsun ki, həyatımda hər şey yaxşıdır. Narahatçılığa heç bir əsas yoxdur".

Həmin fotonu təqdim edirik:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...