Tünzalə: "Xəstəliyimə görə saçlarım tökülüb"

Xərçəng xəstəliyi ikinci dəfə metastaz verən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən söz açıb. SİA-nın məlumatına görə, aktrisa bu haqda verilişlərin birində danışıb: "Xəstəliyimə görə depressiyaya düşmürəm, özümdə güc tapmışam, çalışıram ki, ayaq üstdə duram, sağalam. Çünki hələ qızım Zəhra çox balacadır.

Müalicəmin nəticəsini 6 aydan sonra biləcəm. Çanaqda, boğazda və mədəaltı vəzdə şişlər var. MRT olub, yoxlayacağıq görək, şişlər balacalaşıb, ya yox. Kimyaterpaiya ağırdır deyə, saçlarım tökülüb. Həyat yoldaşım Röyal, qayınatam və qardaşım mənə dəstək üçün saçlarını kəsdirdilər. Hələki parikdən istifadə edə bilmirəm, çünki istidir”.

Qeyd edək ki, aktrisa ötən il xərçəng xəstəliyinə tutulub. Onun tamamilə sağaldığı deyilsə də, sonradan xərçəngin geri qayıtdığı üzə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə