Cavid: "Şou-biznesdə bir çox məşhur xanımlarla sevgili olmuşam" FOTO+VİDEO

"Onlarla 3 dəqiqə" rubrikasının qonağı aparıcılar Cavid Gül və Vüsalə Əlizadə olub. SİA-nın məlumatına görə, onlar rubrikanın aparıcısının 33 sualını cavablandırıblar.

Cavid "Şəkillərdə fotoşopdan istifadə edirsiz? Aparıcılar gündəmdə qalmaq üçün nə etməlidirlər" sualına belə cavab verib: "Gündəmdə qalmaq üçün əxlaqsızlıq etməlidirlər. Fotoda yanımdakının boyu hündür olanda fotoşopla öz boyumu da uzadıram".

Cavid şou-biznesdə bir çox xanımla eşq yaşadığını da etiraf edib.

V.Əlizadə sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən söz açıb: "Qonşularım haqqımda fikirlərşir ki, mən milyonçuyam. Sosial şəbəkədə ən az təhqir olunan qadınlardanam. Bu yaxınlarda şortikdə şəkil paylaşdım, kişili-arvadlı hamı üstümə düşdü : biz səni belə görmək istəmirik. Dedim, yaxşı, qardaşım, qələt etdim".

Vüsalə "Ən güclü rəqibin kimdir" sualına "İnstagram" olmamışdan əvvəl də illərlə insanların yaddaşında qalmışam. Analıq məzuliyyətində olanda belə, bəziləri kimi yaddaşlardan silinməmişəmsə, demək yerimdə yaxşıyam" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...