Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib. SİA-nın məlumatına görə, rəsmi YouTube kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının "İnstagram" rəyləri əsasında təyin edib. Müxtəlif ifaçılar tərəfindən tez-tez repertuarına müraciət olunan Pop Diva həm sənətçilərə, həm də dinləyicilərə mahnıların tam original keyfiyyətdə olan karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. Xalq artisti karaokelərdə səslənən “back vocal”-ı belə özü ifa edib.

Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün isə məşhur “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə