“Spice Girls” qrupu konsert turuna çıxıb

İngiltərənin əfsanəvi "Spice Girls" qrupu konsert turuna başlayıb. SİA-nın verdiyi məlumata görə, qrup konsert tura İrlandiyanın paytaxtı Dublində yerləşən Krok parkından start verib. Viktoriya Bekhem beş nəfərlik qrup üzvləri arasında deyil.

Pop qrupu 1994–2000-ci, 2007–2008-ci və 2012-ci illərdə fasilələrlə fəaliyyət göstərib.

Qrupun ən son çıxışı 2012-ci il London Olimpiya Oyunlarının bağlanış mərasimində olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...