"Boşanmaların sayının çoxalması kişilərdən asılıdır"

Müğənni Elnur Məmmədov rejissor Nail Naiboğlunun "21 sual" layihəsində iştirak edib. SİA-nın məlumatına görə, ifaçı boşanmaların sayının çoxalmasından söz açıb: "Hər zaman deyirəm, ailədə mübahisənin günahkarı kişilərdir. Xanımın evdə narazıçılıq, qısqanclıq yaratmasının, problemə gətirib çıxaran xüsusiyyəti kişidən asılıdır. Xanımım evə gələnə qədər nə bilirdi mən nəyi sevirəm? Əgər onu başa salmır, qınayıramsa, günah mənimdir. Gərək hər bir hərəkətimi ona uşaq kimi başa salam ki, qınanılmasın".

Elnur ilk sevgisindən və istəklərindən də bəhs edib: "Ad günümdə bütün əlaqələri saxlayır, telefonumu söndürürəm. Ailəmlə baş-başa ad günü edirəm.

İlk sevgi haqda məni danışdırma, ailəli adamam. Əsl sevgi ailədə yaranandır, bunun şahidi olmuşam. İlk dəfə birinci-ikinci sinifdə oxuyanda sevdim. Yadımdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə