Çingiz “Eurovision 2019” yarışmasının nəticələrini ələ saldı FOTO

Müğənni Çingiz Mustafayev “Eurovision 2019” yarışmasındakı nəticələrin dəyişdirilməsini ələ salıb. SİA-nın məlumatına görə, 7-ci pillədən 8-ə enən təmsilçimiz sosial media hesabında bu sözləri yazıb: “Avropa yayım birliyi “Eurovision musiqi yarışması”nın nəticələrini dəyişdi. Çünki, Belarus juri səslərində yanlışıqlar baş verib. Mənim nəticəm 7-ci pillədən, 8-ci pilləyə gerilədi. Ümid edirəm ki, qalib olacağam. Növbəti həftənin qərarını gözləyirəm”.

Qeyd edək ki, Çingiz yarışmada ölkəmizi “Truth” mahnısı ilə təmsil edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə