Aynişan Quliyevanın çəkildiyi film bitdi

“Solğun çiçəklər” serialı ekran həyatını sonlandırıb. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən Cəfər Cabbarlının ölümsüz pyesi 8 bölüm müəyyənləşdirilmişdi. Ekran işində baş rolları Aynişan Quliyeva, Xalq artisti Nigar Güləhmədova və Həsənağa Məmmədov canlandırırdı.

“Dağıntılar altında” serialının isə final yəni, 91-ci bölümünün çəkilişləri başa çatıb. Hazırda 74 bölümü arxada qoyan ekran işi bir ay sonra bitəcək. Serialda Sevinc Əliyeva, Yasin Həzirə, Azər Aydəmir, Suğra Bağırzadə, Fərhad Səmimi, kimi aktyorlar rol alır.

Kanalda yay mövsümündə yeni serialların yayımlanması barədə isə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə