Naina İbrahimova illər sonra üzə çıxdı VİDEO

Müğənni Samir Piriyev yaradıcılığında yenilik edib. SİA-nın məlumatına görə, o, sözləri və musiqisi Nicat Məlikova məxsus olan “Po lyubvi” adlı mahnını ekranlaşdırıb.

Klipdə uzun müddətdir efir və mediadan uzaq gəzən Əməkdar artist Naina İbrahimova rol alıb. O, Misir kraliçası Kleopatra obrazını canlandırıb. Ekran işində aktrisa ilə yanaşı əcnəbi aktyorlar da yer alıb.

Qeyd edək ki, layihənin prodüseri ifaçının xanımı Anara Piriyeva, klipin rejissoru isə Rauf Qurbanəliyevdır.

Bütün xəbərlər Facebook səhifəmizdə