Oğlu qəzəya düşən Nazilə: "Yüngül xəsarət alıb" AÇIQLAMA

Şairə Nazilə Səfərlinin oğlu Nurlan avtomobil qəzası keçirib. SİA-ya açıqlama verən şairə bildirib ki, oğlunun hazırda vəziyyəti yaxşıdır: "Oğlum hazırda yaxşıdır. Yüngül xəsarət alıb. Həkimlər bir az öncə Nurlanı sarğı etdikdən sonra evə buraxdı. Oğluma görə narahat olub, zəng edənlərə təşəkkür edirəm. Bu hadisə hamının başına gələ bilər. Allah balalarımızı qəzalardan qorusun".

Qeyd edək ki, hadisə Masazır yolunda baş verib. Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə